SON XƏBƏRLƏR

Doğu Türküstanda gərginlik artır

2021.10.20, 07:36
Doğu Türküstanda gərginlik artır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Doğu Türküstanda İki aylıq fasilədən sonra dünən uyğurlar yenidən etiraz aksiyası keçrib. Aldığımız Başqa məlumata görə aksiyacıların əksəriyəti XAN mənşəli Çinlilərdir. Etiraz aksiyaları bu gündə dəvam etməkdədir. Yüzlərlə xan mənşəli çinli bu gün səhər saatlarında, təhlükəsizlik sərhədini aşaraq bir uyğur məhəlləsinə girməyə cəhd göstərib. Yüzlərlə polis onlara müdaxilə edib. Xanlar Urumçidə son dövrlər baş verən şprisli hücumlara görə uyğurları ittiham ediblər. Aksiyaçılar Urumçi küçələrinə çıxaraq yerli hökumətə və şəhərindəki qayda-qanunlara etiraz edir. Çinin qərb hissəində yerləşən Doğu Türküstan (Uyğur müxtar vilayyəti) uyğurlarla çinlilər arasında qarşıdurma halları artıb. Tərəflər biri-birini müxtəlif məsələlərdə ittiham edir. Rəsmi Pekin isə gərginliyi yatırmağa çalışır. Ötən gündən etibarən Urumçidə ciddi təhlükəsizlik tədbirləri həyata keçrilməyə başlayıb. Hazırda Urumçi küçələri hərbiçilərin nəzarəti altındadır. Axşamdan bəri demək olara ki, şəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hərbçilər yeni qarşıdurmaların baş verməməsi üçün ciddi yoxlamalar aparır. ABŞ-da sürgündə olan müxalif uyğur lideri Rabiyə Kadir isə rəsmi Pekini Urumçidə hər kəsin təhlükəsizliyini təmin etməyə çağırıb. "Çinli səlahiyyətlilərə, uyğurlar və xan çinliləri də daxil olmaqla Şərqi Türküstanda hər kəsin can və mal təhlükəsizliyini təmin etməyə çağırıram", deyə R. Kadirin yazılı bəyanatında bildirilir. "Xan çinlilərinin narahatlıqlarını göstərmək üçün dünən nümayiş etməsinə icazə verilməsi, səlahiyyətlilərin ikili standart tətbiq etdiyini göstərdiyini" deyən Kadir, uyğurlar və xanların sülh şəraitində bir yerdə yaşaya bilməsi üçün Kommunist partiyasının Sincandakı səlahiyyətlisi Wang Lekuanın istefa verməsini və uyğur xalqının qanuni narahatlıqlarını və xanların ehtiyaclarını anlayışla qarşılayacaq mülayim idarəçilərin təyin edilməsinin lazım olduğunu qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar