SON XƏBƏRLƏR

Donald Tramp: “Əgər İran nüvə silahından imtina etsə, mən onun ən yaxşı dostu olacağam”

2021.10.20, 07:36
Donald Tramp: “Əgər İran nüvə silahından imtina etsə, mən onun ən yaxşı dostu olacağam”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp iyunun 22-də jurnalistlərə açıqlamasında İrana qarşı yeni sanksiyalardan və iki ölkə arasında mümkün savaşdan danışıb.

 

Öz açıqlamasında İrana qarşı hücum ehtimalının güclü olduğunu bildirən Tramp deyib ki, Vaşinqton İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün bu ölkəyə yeni sanksiyalar tətbiq etməyi planlaşdırıb: “Əgər İran İslam Respublikası nüvə silahından imtina etsə, mən onun ən yaxşı dostu olacağam. Ümid edirəm ki, İran rəhbərliyi daha ağıllı və düzgün bir siyasət seçərək öz xalqının həyatına və gələcəyinə həsssaslıqla yanaşacaq.

 

Lakin əgər İran rəhbərləri indiki pis rəftar və davranışılarını davam etdirsələr, o zaman onların çox pis və qara günləri gələcək” –deyə Tramp vurğulayıb.

 

Xatırladaq ki, Tramp iyunun 21-də “Twitter” sosial şəbəkəsində paylaşdığı bir statusda bu ölkənin pilotsuz uçan aparatının “Sepah” tərəfindən vurulmasına cavab olaraq İrana qarşı planlaşdırılan hücumun dayandırılmasının səbəbinə aydınlıq gətirmişdi.

 

O bildirmişdi ki, İranda insan tələfatının qarşısını almaq üçün əməliyyatın dayandırılmasına göstəriş verib: “Biz ötən gecə İranda 3 hədəfi vurmağa hazırlaşmışdıq. Soruşdum ki, bu əməliyyatda ölənlərin sayı nə qədər olacaq. Dedilər 150 nəfər. Beləliklə də hücumun başlanmasına 10 dəqiqə qalmış əməliyyatı dayandırdım” –deyə Tramp əlavə etmişdi.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar