SON XƏBƏRLƏR

Donald Trampla Kim Çen In görüşüb

2021.10.20, 07:36
Donald Trampla Kim Çen In görüşüb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında ikinci tarixi görüş bu gün Vyetnamın paytaxtı Hanoy şəhərində baş tutub.

 

“Qafqazinfo”nun yaydığı məlumata görə, "Tass.ru" bildirir ki, ABŞ və Şimali Koreya liderləri təkbətək 10 dəqiqə görüşüblər. Bundan sonra onlar hər iki tərəfin nümayəndə heyəti ilə birlikdə nahar ediblər. Nahar mətbuata açıq şəkildə baş tutub.

 

Tramp çıxışında deyib: "Bizim birinci sammit çox uğurlu idi. Mən də sizin kimi məmnun qalmışdım. Düşünürəm ki, bu da birinci kimi və ya ondan daha möhtəşəm olacaq. Biz çox uğura çatmışıq və ehtimal edirəm ki, onlardan ən vacibi bizim münasibətimizdir. Bu, həqiqətən də, yaxşıdır".

 

Kim Çen In vurğulayıb: "Ümid edirəm ki, hər kəsi qane edəcək nəticəni əldə edərik. Bunu edəcəyimizə əminəm".

 

 Danışıqların ikinci və əsas hissəsi fevralın 28-də baş tutacaq.

 

Qeyd edək ki, liderlərin ilk görüşü 2018-ci il iyunun 12-də Sinqapurda baş tutub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar