SON XƏBƏRLƏR

Dövlət Departamenti: Suriyada irimiqyaslı münaqişə istisna olunur

2021.10.20, 07:36
Dövlət Departamenti: Suriyada irimiqyaslı münaqişə istisna olunur

Gunaz.tv

GünAz TV: "Amerika Birləşmiş Ştatları (ABŞ), İsrail, Türkiyə və Rusiyanın iştirakı ilə Suriyada irimiqyaslı hərbi münaqişə istisna olunur".

 

"Report" RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Ankaraya səfəri zamanı bildirib.

 

“Hazırda ABŞ, İsrail, Türkiyə və Rusiya kimi böyük oyunçuların iştirakı ilə regionda irimiqyaslı hərbi əməliyyatlara başlamaq ehtimalını istisna edirik. Çünki bu ölkələr çox ehtiyatlı davranır”, - o deyib.

 

Amerikalı diplomat adıçəkilən ölkələrin bütün ziddiyyətlərini diplomatik yollarla aradan qaldırmağa çalışdıqlarını söyləyib.

 

Qeyd edək ki, C.Cefrinin başçılıq etdiyi heyət İdlib yaxınlığında 5 türk hərbçisinin həlak olmasından dərhal sonra fevralın 11-də Türkiyəyə gəlib və bir sıra danışıqlar aparıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar