SON XƏBƏRLƏR

“Dövlət “Təbriz 2018” layihəsinə heç bir yardım etməyib”

2021.10.20, 07:36
“Dövlət “Təbriz 2018” layihəsinə heç bir yardım etməyib”

Gunaz.tv

GünAz TV: Məlum olduğu kimi, Təbriz şəhəri 2018-ci ilin islam dünyasının turizm paytaxtı seçilib, lakin bununla bağlı İran rejimi Azərbaycan şəhərinə büdcə vəsaiti ayırmayıb.

 

Bu dəfə Şərqi Azərbaycan Hava Nəqliyyatı Sərnişin Xidməti Ofislərinin rəisi rejimin “Təbriz 2018” layihəsinə laqeyd münasibətini tənqid edib.

 

Bu barədə Rəşid Rəcəbpur oktyabrın 23-də keçirilən mətbuat konfransında danışıb.

 

“Təbrizin 2018-ci ilin islam ölkələrinin turizm paytaxtı seçilməsi olduqca mühüm hadisə idi. Şübhəsiz ki, bu fürsətdən düzgün istifadə olunsaydı, turizm sahəsinin inkişafı sayəsində bir çox işlərdə uğur əldə olunardı.

Bu məsələ 2016-cı ildə gündəmə gəldikdən sonra dəfələrlə şəhərin zəruri ehtiyacları dilə gətirildi, lakin iclaslarda irəli sürülən tələblər elə orada da qaldı”- deyə o bildirib.

 

Hava Nəqliyyatı Sərnişin Xidməti Ofislərinin rəisi “Təbriz 2018” layihəsindən bir fürsət kimi istifadə olunmadığını tənqid edib. “Bu bir fürsət idi, lakin təhdid və ziyana çevrildi. Şəhərə layiq tədbirlər görülmədiyi üçün, bu sahədə müdafiə ediləcək heç nə yoxdur”- deyə o vurğulayıb.

 

Qeyd edək ki, İran rejiminin “Təbriz 2018”-ə bir rial belə büdcə vəsaiti ayırmaması dəfələrlə yerli məsulların etirazına səbəb olub. Rejimin bu məsələyə laqeyd yanaşmasının daha bir sübutu layihənin açılış mərasimini müxtəlif bəhanələrlə bir neçə dəfə təxirə salınmasıdır. “Təbriz 2018”-in açılış mərasimi yanvarda deyil, aprel ayında prezident Həsən Ruhaninin iştirakı ilə keçirilib.

 

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar