SON XƏBƏRLƏR

Qüds qüvvələri ilə əlaqədə şübhəli bilinən bir neçə iranlının olduğu təyyarə Argentinada saxlanılıb

2022.06.12, 07:27
Qüds qüvvələri ilə əlaqədə şübhəli bilinən bir neçə iranlının olduğu təyyarə Argentinada saxlanılıb

Gunaz.tv

Məlumata görə, yük təyyarəsi əslində İranın Mahan Hava Yolların Şirkətinə  məxsusdur.

“İnfobae” xəbər saytının məlumatına görə, təyyarənin ekipajı, o cümlədən İran pasportu daşıyan beş nəfər hazırda Argentinanın Assisa şəhərindəki bir oteldə saxlanılır və ölkədən çıxışlarına icazə verildiyi təqdirdə yalnız adi uçuş təyyarəsi ilə Argentinayadan çıxa bilərlər.

Argentina, Venesuela və İran hökumətləri təyyarənin və onun uçuş heyətinin Buenos-Ayresdə saxlanılmasına rəsmi reaksiya verməsələr də, Argentinanın milli təhlükəsizlik naziri məsələ ilə bağlı “İnfobae” saytının məlumatını özünün tvitter hesabında paylaşıb.

Amerikanın Mahan Şirkəti və onun tərəfdaş şirkətlərinə qarşı sanksiyaları səbəbindən Argentinada fəaliyyət göstərən şirkətlərdən heç birinin təyyarəyə yanacaq doldurmaq istəmədiyi bildirilir.

Argentina parlamentinin üzvü Jerardo Milman, "Royters"ə verdiyi müsahibədə adı çəkilən yük təyyarəsinin ekipaj üzvlərinin kəşfiyyat missiyası daşıdıqlarını deyib.

Qeyd edək ki, bu təyyarənin uçuşlarında ekipaj üzvlərinin standartdan iki dəfə çox olması şübhə doğururur.
Saxlanılan yük təyyarəsinin uçuş heyətində 10 venesuelalı, 5 iranlının olması belə təyyarlərə nəzərdə tutulan standart ekipaj üzvlərinin sayından üç dəfə çoxdur. 

İran tərəfindən Venesuelaya verilən yük təyyarəsinin bundan öncəki uçuşlarının Rusiya, meksika, Belarus, Paraquay və Serbiyaya şübhəli uçuşlar etdiyi qeyd olunub. 

"Mahan" Hava Yolları Şirkəti İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinə verdiyi locistik dəstəyə görə 10 ildir sanksiyalar tətbiq edilən şirkətlər siyahısındadır.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar