SON XƏBƏRLƏR

“Qüds” qüvvələrinin komandanı yenidən İsraili təhdid etdi

2022.04.15, 11:18
“Qüds” qüvvələrinin komandanı yenidən İsraili təhdid etdi

Gunaz.tv

İran İnqilab Keşikçiləri Koröusunun “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaani İsrailin məhv edilməsi prosesinin sürətləndiriləcəyinə və İsrailə qarşı savaşan bütün qruplara dəstək veriləcəyini deyib.

“Dünyanın hər harasında İran hökumətinin maraqlarına qarşı hərəkət olarsa cavabı veriləcək. Yaxşı bilirik siz haralardaslnlz. Biz sizinlə necə və harada qarşılaşacağımızı yaxşı bilirik”-deyə, “Qüds” qüvvələrinin komandanı İran rəsmilərinin ənənəvi iddialarını təkrar edib.

Qeyd edək ki, İsmayıl Qaaninin 14 aprel axşam saatlarındakı çıxışı, İsraildə İranın dəstəklədiyi radikal cərəyanlara bağlı qruplaşmaların iğtişaşları ilə eyni vaxta təsadüf edir.

Bununla yanaşı son 3 həftə ərzində terror qruplaşmalarına bağlı şəxslər 4 terror əməliyyatı keçirib, 14 nəfər dinc İsrail vətəndaşını qətlə yetiriblər.

İranın ali rəhbəri Əli Xaməneyi isə köhnə sözləri təkrar edərək, İsrail dövlətinin yaxın 25 il ərzində yer üzündən silinəcəyini iddia edib. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar