DTX: Terrorçuluqda təqsirləndirilən “Muxtar” ləqəbli şəxs Azərbaycana ekstradisiya olunub

2020-07-29 16:20

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də beynəlxalq terrorçuluqla mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir.

Gunaz.tv Quote | Gunaz article

DTX-nin saytında yayılan məlumata əsasən, xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır.


Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, “Muxtar” ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.


Mehdi Şükürov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1,279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.


Mehdi Şükürovun Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş, o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılıb və 2020-ci il iyulun 28-də Azərbaycan Respublikasına ekstradisiya olunub.


Hazırda cinayət işi üzrə araşdırma davam edir.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Tramp Con Boltonu və Co Baydeni növbəti dəfə tənqid edib

2020-09-22

gun az article

Norveçdə karantin qaydaları sərtləşdirilib

2020-09-22

gun az article

Türkiyə PUA-ları Ermənistan sərhədində — FOTO

2020-09-21

gun az article

Türkiyədə 14 nəfər İŞİD terrorçusu saxlanılıb

2020-09-21

gun az article

Rusiyada bir gündə koronavirusa yoluxanların sayı yenidən 6000 nəfəri keçib

2020-09-21

gun az article

Ceyhun Bayramov moldovalı həmkarı ilə erməni təxribatını müzakirə etdi

2020-09-21

gun az article

MN: Düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb - BƏYANAT

2020-09-21

gun az article

Azərbaycan Ordusu şəhid verib

2020-09-21

gun az article

XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır

2020-09-21

gun az article

MN: Cəbhə xəttində vəziyyət gərginləşib

2020-09-21

gun az article

Trampı zəhərləmək istəyən şəxs saxlanıldı

2020-09-21

gun az article

Müdafiə Nazirliyi: Ermənistana məxsus PUA məhv edilib

2020-09-21

gun az article

Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub

2020-09-19

gun az article

“TikTok” və “WeChat” Amerikada qadağan olunur – Trampdan yeni qərar

2020-09-19

gun az article

Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

2020-09-19

gun az article

Navalnının köməkçisi “zəhərin otel otağında su şüşəsində tapıldığını” açıqlayıb

2020-09-18

gun az article

Yunanlar Türkiyə sərhəddində xaç inşa etdilər

2020-09-18

gun az article

Xələf Xələfov: "Azərbaycan Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir"

2020-09-16

gun az article

Türkiyəli nazir müavini: “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir”

2020-09-16

gun az article

Azərbaycanda son sutkada 141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib

2020-09-16