SON XƏBƏRLƏR

Dünya Ana Dili Günündə daha 2 nəfər azərbaycanlı fəal tutuqlandı

2021.10.20, 07:36
Dünya Ana Dili Günündə daha 2 nəfər azərbaycanlı fəal tutuqlandı

Gunaz.tv

GünAz TV: 21 Fevral-Dünya Ana Dili Günü Güney Azərbaycanda daha iki nəfər azərbaycanlı fəal tutuqlanıb.

 

Məlumata görə, Rza (Salar) Turi və Vəhid Həbib Çeşmə Təbrizdə yaxalanıblar. Bu barədə “Susuz Göl” Təbrizdəki mənbələrə istinadən xəbər yayıb.

 

Tutuqlanan azərbaycanlı fəallar yeni şəhərcik Səhənddə yerləşən öz ata evlərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurlarının hücumuna məruz qalıb, yaxalanıb və naməlum istiqamətə aparılıblar.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar