SON XƏBƏRLƏR

DÜNYA AZƏRBAYCANLILARI KONQRESININ DƏYƏRLI IŞTIRAKÇILARIINA

2021.10.20, 07:36
DÜNYA AZƏRBAYCANLILARI KONQRESININ DƏYƏRLI IŞTIRAKÇILARIINA

Gunaz.tv
DÜNYA AZƏRBAYCANLILARI KONQRESININ DƏYƏRLI IŞTIRAKÇILARIINA Dünya Azərbaycanlıları Konqresi yarandığı gündən bu günə qədər fəaliyyətində başqa milli təşkilatlarımız kimi çox krizislərə məruz qalmışdır. Təbiidir ki, bu krizislər bəzən təcrubəsizlikdən ortaya gəlsədə əslində Azərbaycan milli hərəkatına qarşı olan qüvvələrin tərəfindən yaradılmışdır. Fars şovinizminin mövqeyi hamımıza aydındır. Fars şovinizmi Azərbaycan milli hərəkatını yox etmək üçün bütün şivələrdən istifadə edib xüsusilə də təşkilatlanmağımıza ciddi maneələr yaratmaqdadır. Fars şövinizminin qarşısında tutumumuz bəllidir. Son nəfəs və son damla qanımıza dək savaşıb fars işğalçılarının torpağımızdan çıxarmaqdan başqa heç bir yolumuz yoxdur. Buna da çatmağımızın tək yolu birləşməyimiz və təşkilatlanmağımızdır. Fərdi və dağınıq mubarizə sadəcə özümüzü razı edib enerjimizi hədərə verəcəkdir. Bir məktub yazmaq ya bir danışıqla sadəcə hirsimizi töküb özümüzü sakitləşdirmək bizi heç bir yerə çatdırmayacaqdır. Bu işlər sadəcə öfkəmizi boşaldıb üsyanımızı gecikdirəcəkdir. Hədəfə çatmağımız üçün ciddi mübarizə lazımdır. Ciddi mübarizə üçün də ciddi, sağlam və pozulmaz birliyimiz, təşkilatlarımız olmalıdır. Nə qədər birliyimiz gercəkləşib, təşkilatlarımız güclənirsə, zəfərimiz də o qədər yaxınlaşır. May milli qiyamı bizə böyük dərs olmalıdır. Milli savaşımızda olan güc özünü göstərdi. Bu gücə malik olan, bu qədər yandaş , fikirdaş və yoldaşı olan hərəkat mütləq və mütləq hakimiyyət qurar. Demək potensial baxımdan taysız potensialımız var. May qiyamı gücümüzlə bərabər zəifliyimizi də bizə göstərdi. Bu çatışmazlıq ucbatındandır ki, hələ də əsarətdəyik.. Hələ də bu qədər gücümüz ola-ola toprağımız işğal altında, dilimiz, kimliyimiz taptalanıb, sərmayəmiz talanmaqdadır. Milli savaşımızda əsas zəyiflimiz milli gücümüzün lazımi mənada təşkilatlanmamasıdır. Əgər bizim güclü təşkilatımız olsaydı əmin olun ki, 2006- ci il (1385) may ayından milli dövlətimizi qurmuşduq və iki ildir ki dünya dövlətlərinin siyahısında idik. Amma qura bilmədik. Buda gücsüzlükdən yox, bəlkə mövcud gücü orqanizə edə bilmədiyimizdəndir. Hörmətli vətəndaşlar: Bü gün Milli savaşımızın ən həssas dönəmlərindəyik. Daha doğrusunu desək bəlkə də gecikmişik. Artıq itirəcək və fərdi məsələlərə sərf edəcək hec zamanımız qalmayıb. Siyasi proseslər çox yeyin getməkdədir. İran adlanan siyasi coğrafiyaya hər an mudaxilə ola bilər. Biz bu proseslərdən milli mənfəətlərimiz uğrunda faydalanmalıyıq. Buna da ciddi təşkilatlanmağımız lazımdır. Ciddi təşkilat isə ciddi şəxslərdən olur. Xoşbəxtlik burdadır ki, bü gün kimin kim olduğu ortadadır. Kimlərin ciddi birlik tərəfində olduğu və kimlərin stul davasında olduğu bəllidir. Yuxarıda vurğuladığımız DAK-da olan krizislərdən dərs alıb ortalığa nifaq salıb bizi parçalayanlara yol verməməliyik. Biz birlik və müstəqillik tərəfdarıyıq. Sağlam birlik bizi hədəfə götürəcəkdir. Ümidvarıqı ki, bü gün diqqətlə verdiyiniz qərarlar milli savaşımızda sağlam birliyi və ciddiyəti dərinləşdirib millətimizə və torpağımıza uğurlar gətirəcəkdir. Elə buna gorə də Dünya Azərbaycanlıları Konqresi və Demokratik Dünya Azərbaycanlıları Konqresinin birləşməsi münasibətilə ümum Azərbaycan millətini təbrik edir, uğurlar diləyirik. Yaşasın birliyimiz Yaşasin istiqlaliyyətimiz Güney Azərbaycan İstiqlal Partisi www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar