SON XƏBƏRLƏR

Dünya Azərbaycanlılarının Həmrəylik gününde Stokholmda kampaniya keçirilecek

2021.10.20, 07:36
Dünya Azərbaycanlılarının Həmrəylik gününde Stokholmda kampaniya keçirilecek

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması tələbi ilə Stokholmdakı Səid Mətinpurun Müdafiə Komitəsi tərəfindən Stokholmun mərkəzində kompaniya keçiriləcək.

Son zamanlar İranın irqçi fars rejimi Güney Azərbaycanın siyasi məhbuslarına və onlarına ailələrinə müxtəlif yollarla basqını artırmışdır. Biz, xaricdə, azad, demokratik ölkələrdə yaşayanların borcudur ki, onların haqq səsini dünya ictimaiyyətinə çatdıraq. Elə bu vəzifəni yerinə yetirmək üçün 2010 - cu il 31 dekabrda Stokholmun mərkəzində Güney Azərbaycanın acı və acınacaqlı durumu ilə bağlı Güney Azərbaycan siyasi məhbuslarının fotolarından ibarət sərgi təşkil olunacaq və müxtəlif dillərdə, xüsusən siyasi məhbuslar haqqında bülletenlər paylanıb, şifahi təbliğat aparılacaq. Tarix: 31 dekabr 2010 - cu il Zaman: saat 14:00 - dan 16:00 - a kimi Məkan: Statteatrın qarşısı ( Teatr binasının Drotningsgataya açılan qapısının yanında, bu Sergelstorginin yaxınlığında yerləşir) Əlaqə telefonu: 073-9960943 Babək Azəri 073-7775464 Əsəd Təbrizli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar