SON XƏBƏRLƏR

Dünya Bankı: “İran iqtisadiyyatı proqnozlaşdırılandan daha çox kiçiləcək”

2021.10.20, 07:36
Dünya Bankı: “İran iqtisadiyyatı proqnozlaşdırılandan daha çox kiçiləcək”

Gunaz.tv

Dünya Bankı: “İran iqtisadiyyatı proqnozlaşdırılandan daha çox kiçiləcək”

GünAz TV: Dünya Bankının aprelin 8-də yayımlanmış yeni hesabatında İranın Ümumi Daxili Məhsulunun həcminin qurumun proqnozlaşdırdığından daha çox azalacağı qeyd edilib.

 

Qurum yanvar ayında yaydığı məlumatda 2018-ci il üçün İranın Ümumi Daxili Məhsul artımını mənfi 1.5%, amma yeni hesabatında mənfi 1.6% həcmində dəyərləndirib.

 

Bank 2019-cu il üçün indeksləri -3.6% proqnozlaşdırsa da, amma dünən dərc edilən hesabatda bu rəqəmi -3.8% göstərib.

 

Digər sözlə desək, bu il İran iqtisadiyyatı 3.8% kiçiləcək.

 

Artıq ard-arda ikinci dəfədir ki, Dünya Bankı İran iqtisadiyyatının kiçiləcəyi ilə bağlı proqnoz verir.

 

İran iqtisadiyyatının 3 illik proqnozları ilə bağlı dərc edilən hesabatlar bu formadadır:

  

Ümumi Daxili Məhsul iki meyar əsasında hesablanır:

1)      Alıcı qüvvəsinin bərabərliyi

2)      Amerika dolları

 

Dünya Bankı öz proqnozlarını alıcı qüvvəsinin bərabərliyi prinsipi əsasında hesablayır. Bu üsul Amerika dolları əsasında hesablamaya nisbətən daha çox istifadə edilir.

 

Ümumi Daxili Məhsulun Amerika dolları əsasında hesablanması o deməkdir ki, İranda ximət və məhsulların illik istehsalının ümumi dəyəri ABŞ dolları əsasında həyata keçiriləcək. Belə olduğu təqdirsə isə, riyalın dollar qarşısında kəskin ucuzlaşmasını nəzərə aldıqda, İranın Ümumi Daxili Məhsulu ilə bağlı proqnozlarda geriləmənin nisbəti daha kəskin həddə olacaq.

 

Qeyd etmək lazımdır ki, Amerikanın İrana qarşı yenidən sanksiyalar tətbiq etməsindən sonra riyal dollar qarşısında dəyərinin 2/3 -ni itirib. Son həftələr ərzində bu proses yenidən davam etməyə başlayıb. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar