"National Geographic" əslən Güney Azərbaycandan olan dünya şöhrətli fotoqrafı Rza Diqqəti azərbaycanlıların multikulturalizm mədəniyyətini yüksək dəyərləndirən yazı paylaşıb.
Gunaz.tv
O, bu istiqamətdə "Twitter" səhifəsində Azərbaycanın xalçatoxuma sənətinə aid foto paylaşaraq ingilis dilində yazıb:
"Azərbaycan xalçaları ilə məşhurdur. Dizayner və xalçaçılıq sahəsində incəsənət xadimi Eldar Mikayılzadə öz dinzaynlarında gözəl və fərqli mənzərə yaradıb. O, tarixdə mövcud olan müxtəlif dini təlimləri nümayiş etdirir. Bu xalça bütün dinləri, eləcə də həzrəti Musa, İsa və Məhəmmədi əks etdirir", - deyə o qeyd edib.

Rza Diqqəti, həmçinin paylaşımın sonunda ingilis dilində #birgə_yaşayış və #Azərbaycan həştəqlərini yazıb.
Azərbaycan Türkləri özlərinə qarşı addım atmayan digər ölkələr, mədəniyyətlər, dinlər və millətlərlə birgə, sülh şəraitində yaşaya bilən xalqdır. Məsələn, İsrail yəhudiləri uzun illərdir ki, Azərbaycanda sülh şəraitində yaşayırlar. Azərbaycanda xristianlar və yəhudilərin nəinki öz dini məkanları, eləcə də məktəbləri də var. Bundan əlavə, Azərbaycanın təhsil müəssisələrində rus və ingilis dilində bölmələr də mövcuddur.
Ə.A