SON XƏBƏRLƏR

Dünyada suyun keyfiyyəti ilə bağlı hesabat dərc edilib: İranda risk yüksək həddədir

2021.10.20, 07:36
Dünyada suyun keyfiyyəti ilə bağlı hesabat dərc edilib: İranda risk yüksək həddədir

Gunaz.tv

GünAz TV: Dünya Bankı Yer kürəsini təhdid edən su keyfiyyəti böhranı ilə bağlı hesabat yayınlayıb.

 

Hesabata əsasən, İran da su keyfiyyətinin getdikcə pisləşdiyi və böyük problemlə üzləşən ölkələr sırasında qeyd edilib.

 

Dünya Bankı bildirir ki, suyun keyfiyyətinin pisləşməsinə bakteriyalar, kanalizasiya suları, kimyəvi maddələr və plastik tullantılar səbəb olur. Bu isə öz növbəsidə insanların sağlamlığına böyük təhdid yaratmaqla yanaşı, ekosistemə də mənfi təsirlər göstərir.

 

Dünya ölkələri və beynəlxalq təşkilatları mövzunun həssaslığına xüsusi diqqət göstərməyə bunun qarşısını almağa çağıran Bank əlavə qeyd edir ki, vəziyyət belə davam edərsə, bunun ağır iqtisadi nəticələri də qaçınılmaz olacaq.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar