“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20 15:09

Güney Azərbaycanın Urmu (Urmiya) şəhərində yerləşən “Durnalar yuvası”  stadionunun türkcə lövhəsi geri qaytarılıb.

Gunaz.tv Quote | Gunaz article

Məlumata əsasən, güney azərbaycanlıların geniş etirazından sonra yerli məsullar üzərində türkcə “Durnalar yuvasına xoş gəlibsiniz” yazılan lövhəni yenidən stadiona qaytarmağa məcbur olublar.

 

Daha əvvəl bu lövhə stadionun girəcəyindən sökülərək onun yerinə farsca lövhə quraşdırılmışdı.

 

Üzərinə türkcə “sən çağırsan gələrəm mən” cümləsi də əlavə olunan yeni lövhə stadionun içərisinə quraşdırılıb. Lövhənin küncünə İran bayrağı əlavə etdirilib.

 

Urmiyada fəaliyyət göstərən “Durna Nyüs” xəbər saytının verdiyi məlumata əsasən, yeni lövhə Urmunun “Şəhrdari” voleybol komandasının təşəbbüsü ilə hazırlanıb.

 

Urmu şəhəri Asiyanın voleybol paytaxtı kimi tanınır. Urmulu voleybol sevənlərin “Durnalar yuvası” stadionunda keçirilən müsabiqələrdə milli şüarlar səsləndirməsi dəfələrlə İran rejimi rəsmilərinin, eləcə də Azərbaycan düşmənlərinin narahatlığına səbəb olub.

 

Keçən il iyunun 14-dən 16-dək keçirilən dünya millətləri voleybol liqasının yarışları zamanı stadionuna gedənlər İran komandasını təşviq etməyib, Azərbaycanla bağlı bir çox şüar səsləndirmişdilər.

 

“Sapah”a yaxın olan “Təsnim” xəbər agentliyi bu məsələni etiraf edərək “stadionda İranın adı çəkilmir, hamı Azərbaycanı təşviq edir” yazmışdı.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18