SON XƏBƏRLƏR

"İran rəsmiləri Urmu gölünün qurumasında maraqlıdır"-Prezidentin sabiq müşaviri

2022.09.15, 08:30
"İran rəsmiləri Urmu gölünün qurumasında maraqlıdır"-Prezidentin sabiq müşaviri

Gunaz.tv

O, Urmu gölünün qurudulmalı olduğuna inanan Raziyə Lək adlı xanımın İran hökuməti tərəfindən İran Geologiya Elmləri Tədqiqat İnstitutunun rəhbəri təyin edildiyini bildirib.

"Sənaye, mədən və ticarət naziri cənab Rəhmani məndən Geologiya Təşkilatı üçün proqram istədikdə mənim şərtlərimdən biri Raziyə Ləkin 2018-ci ildə Urmu gölünün qurudulmalı olduğunu dediyi üçün Geoloji Təşkilatdan uzaqlaşdırılması idi.

Ancaq buna baxmayaraq onu təşkilatın elmi-tədqiqat institutunun rəhbəri təyin etdilər"-deyə, Həsən Ruhaninin kürəkəni deyib.

Kambiz Mehdizadə adı çəkilən xanımın gölün qurudulmalı olduğuna dair fikirləri yenidən səsləndirməsini, bu mövzuda "Şərq" qəzetinə müsahibə verməsini xatırladıb və Urmu gölünün qurudulmasını xəyanət adlandırıb.

Qeyd edək ki, İranın Geologiya Elmləri İnstitutunun rəhbəri Raziyə Lək "Şərq" qəzetinə verdiyi müsahibədə Urmu gölünün bərpasının baha başa gələcəyini, buna səy göstərmənin mənasız olduğunu bildirib.

O, bərpa layihələrinin dayandırılmasını vacib hesab edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar