SON XƏBƏRLƏR

İranın keçmiş prezidentinin qızına cinayət işi açılıb

2022.05.11, 07:24
İranın keçmiş prezidentinin qızına cinayət işi açılıb

Gunaz.tv

Bu barədə açıqlama verən məhkəmə sisteminin sözçüsü Faizə Haşiminin “islam peyğəmbərini təhqir etməkdə" günahlandırıldığını deyib.

Aprel ayında Amerikanın İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qruplar siyahısından çıxarma ehtimalı ilə bağlı sosial mediada çıxış edən Haşimi “peyqəmbər həyat yoldaşı Xədicənin pullarını xərcləyib. O, iqtisadi iş görmürdü yalnız peyqəmbərlik edirdi”-deyə, zarafatla bildirmişdi.

Onun bu çıxışının peyqəmbəri təhqir etmək kimi dəyərləndirilməsi radikal dinçi kəsmin və hakimiyyətin nəzarətində olan mətbuat orqanlarının sərt reaksiyası ilə üzləşmişdi.

Bundan sonra Faizə Haşiminin üzr istəməsinə baxmayaraq ran prokurorluğu ona qarşı qeyd olunan ittihamla yanaşı İnqilab Keşikçiləri Korpusuna qarşı sanksiyaların davam etdirilməsini istədiyinə görədə cinayət işinin açıldığını bildirib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar