SON XƏBƏRLƏR

"Rusiya və Çinin müstəmləkəsi olmağa doğru gedirik"-Rəfsancaninin qızı

2022.03.16, 08:18
"Rusiya və Çinin müstəmləkəsi olmağa doğru gedirik"-Rəfsancaninin qızı

Gunaz.tv

"İran rəsmilərinin Moskvaya son səfərləri ikitərəfli münasibətlərin əlamətindən daha çox özü ilə alçaltma, zillət və zəiflik gətirib. İran Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləmək yerinə, Moskvanın yanında yer alıb”- deyə, o, "Independent Persian" xəbər agentliyinə göndərdiyi video-məlumatda bildirib. 

Faizə Haşimi Rusiyanın Tehrandakı səfirinin İran mediasına açıqlamasını tənqid edib.

O, səfirliyin "Rusiyanın Ukraynaya hərbi müdaxiləsi" yerinə, "xüsusi hərbi əməliyyat" sözündən istifadə edilməsi ilə bağlı məsləhət verməsini Rusiyanın İranda təhqiredici siyasəti adlandırıb. 

Faizə Haşimi bununla bağlı Rusiya səfirinin İran Xarici İşlər Nazirliyinə çağırılmamasını İran hökumətinin Rusiya qarşısında acizliyi kimi dəyərləndirib və bunu tənqid edib. 

Viyanada yarımçıq qalan nüvə danışıqlarına toxunan müxalifətçi xanım, İranın Qərb ölkələri qarşısında özünü qorumaq üçün Rusiyaya xərac verdiyini söyləyib.

Cavidan 
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar