SON XƏBƏRLƏR

"Danışıqları canlandırmaq üçün heç bir sövdələşməyə zəmanət yoxdur"-Ned Prays

2022.04.22, 13:30
"Danışıqları canlandırmaq üçün heç bir sövdələşməyə zəmanət yoxdur"-Ned Prays

Gunaz.tv

“Amerika fəal şəkildə mübahisələri həll etməyə çalışır, çünki nüvə danışıqlarının bərpası və onun bütün maraqlı tərəflər tərəfindən həyata keçirilməsi silah istehsalının və yayılmasının qarşısının alınmasında təsirli ola bilər və bu, Amerikanın milli təhlükəsizliyinin xeyrinədir”-deyə, Prays bildirib.

O, SEPAH-ın terrorçu qruplaşmalar siyahısından çıxarılıb çıxıarılmayacağı ilə bağlı suala cavab vermədən, Amerikanın avropalı müttəfiqləri və 5+1 üzvləri ilə kordinasiyalı şəkildə fəaliyyət göstərdiyini söyləyib.

“Bu gün danışıqların sürətli bərpası üçün yaxşı fürsətin yarandığını İran yaxşı bilir. Amerika və müttəfiqləri isə danışıqları baş tutması və iflasa uğraması ilə bağlı hər iki variyanta hazırdırlar”-deyə, Amerika XİN sözçüsü qeyd edib. 

Vyana danışıqlarında iştirak edən diplomatlar deyirlər ki, İran nüvə sazişinin imzalanması, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerikanın terrorçu qruplar siyahısından çıxarılması üçün şərtlər irəli sürüb və bu, danışıqların dalana dirənməsinə səbəb olub. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar