SON XƏBƏRLƏR

"İran nüvə böhranını dərinləşdirir"-Ned Prays

2022.07.26, 10:40
"İran nüvə böhranını dərinləşdirir"-Ned Prays

Gunaz.tv

Ned Prays Tehranın qeyri-şəffaf hərəkətlərinin yalnız İranın yaratdığı nüvə böhranını dərinləşdirdiyini vurğulayıb.

Sözçü xatırladıb ki, beynəlxalq ictimaiyyətin İrandan açıq-aydın tələbi daha şəffaf olmasıdır.

İran isə bu tələbə cavab olaraq fəaliyyəti isə nüvə danışıqları ilə əlaqəli olan müşahidə kameralarını söndürməklə şəffaflığı daha da azaltmaq olub.

İranın Atom Enerjisi Təşkilatının rəhbərinin son bəyanatları ilə bağlı sualı cavablandıran Prays, əlavə edib ki, nüvə danışıqları ilə bağlı şəffaflığın davamlı şəkildə azaldılması yalnız danışıqlara mümkün qarşılıqlı qayıdışla bağlı problemləri çətinləşdirir.

Bununla yanaşı Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi indiki vəziyyətdə İranın nüvə proqramı ilə bağlı bütün əvvəlki yoxlamaları bərpa etməyin lazım olduğunu deyib.

O, bunu hazırda agentliyin Tehranın nüvə silahı üzərində işləyib-işləməməsi ilə bağlı yeni məlumatının olmaması ilə əlaqələndirib.

“İran zənginləşdirmə üçün lazım olan yeni nəsil sentrifuqaları işə salır. İran agentliyin nüvə mərkəzlərinə girişini məhdudlaşdırıb və İranın nüvə fəaliyyətləri ilə bağlı monitorinqimiz dayandırılıb.

İran rəsmiləri də quraşdırılmış kameralarımızın bir qismini yığışdırdıqlarını bildiriblər.”-deyə o, əlavə edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar