SON XƏBƏRLƏR

Ned Prays: “Ümid edirik ki, İran xoş niyyətlə Vyana danışıqlarına qayıdacaq”

2021.11.04, 11:27
Ned Prays: “Ümid edirik ki, İran xoş niyyətlə Vyana danışıqlarına qayıdacaq”

Gunaz.tv

Əli Baqiri Kəni noyabrın 3-də “Twitter” hesabında paylaşım edərək bildirib ki, o Avropa Birliyi baş katibinin müavini Enrique Mora ilə telefonda danışaraq, onunla Vyana danışıqlarının 7-ci mərhələsinin noyabrın 29-dan etibarən yenidən başlanması barədə razılığa gəliblər.


Jurnalistlərə açıqlamasında Prays deyib ki, o İranın bu dəfə xoş bir niyyətlə Vyana danışıqlarına qatılacağına ümid bəsləyir.


“Nüvə danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da başlanılacaq və müzakirələrə dolayı yolla qatılan Amerikanın nümayəndə heyətinə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali başçılıq edəcək. 


Biz müairələr barədə tam açıq şəkildə bildirmişik ki, əgər müzakirələrin nəticə verməsini və ixtilaf mövzusu olan digər qalan məsələlərin həllini istəyiriksə, danışıqlar  6-cı mərhələdə dayandığı yerdən başlanmalıdır. 


Amerika Birləşmiş Ştatları hələ də hesab edir ki, əgər iranlılar danışıqlarda ciddi olsalar tərəflərin qarşılıqlı olaraq nüvə razılaşmasına qayıtması və onun şərtlərinə əməl etməsi birgə razılığa gəlmək olar”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar