SON XƏBƏRLƏR

"İran PUA-larının Ukrayna qarşı istifadəsi Tehranın dağıdıcı fəaliyyətinin tərkib hissəsidir"-Ned Prays

2022.09.14, 08:33
"İran PUA-larının Ukrayna qarşı istifadəsi Tehranın dağıdıcı fəaliyyətinin tərkib hissəsidir"-Ned Prays

Gunaz.tv

Dövlət Departamentinin sözçüsü Ned Prays verdiyi açıqlamada İranın pilotsuz təyyarələrinin Ukrayna müharibəsində istifadəsinin İranın regionda və onun hüdudlarından kənarda həyata keçirdiyi dağıdıcı təsirin bir hissəsi olduğunu bildirib.

Prays əlavə edib ki, Amerika İran rejiminin mahiyyətindən xəbərdardır və bu səbəbdən nüvə sazişini canlandırmaq yolu ilə bu ölkənin nüvə silahına çıxışının qarşısını almaq istəyir.

Ukrayna ordusu sentyabrın 13-də Rusiyanın ilk dəfə döyüş meydanında istifadə etdiyi İran pilotsuz uçan aparatı ilə qarşılaşdığını açıqlayıb.

Bu da İranın dünya gücləri ilə nüvə razılaşmasının risk altında olduğu bir vaxtda Moskva və Tehran arasındakı münasibətlərin dərinliyini göstərir. .

Bu günlərdə Moskvanın Ukraynaya qarşı hücumunda istifadə edilmək üçün İrana məxsus pilotsuz təyyarələrin Rusiyaya göndərilməsi ilə bağlı xəbərlər dərc olunub və İran rəsmilərinin zidiyyətli açıqlamalarına baxmayaraq bu öz təsdiqini tapıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar