SON XƏBƏRLƏR

Ned Prays: “İranla diplomatiya yolu hələ də açıqdır”

2021.10.20, 07:36
Ned Prays: “İranla diplomatiya yolu hələ də açıqdır”

Gunaz.tv

O deyib ki, Amerika Birləşmiş Ştatları Vyana danışıqlaına qayıtmağa tam hazırdır.


“İran rəsmiləri son həftələrdə dəfələrlə deyiblər ki, onlar qısa bir zaman ərzində nüvə razılaşmasının canlandırılması üçün Vyanada aparılan danışıqlara qayıdacaqlar. Lakin ümid edirik ki, onların “qısa zamanda” dedikdə bizim ondan başa düşdüyümüzlə eyni olacaq. 


Biz, Vyana danışıqlarının ən qısa zamanda yenidən başlanmasının tərəfdarıyıq. Biz isə həftələr yox, aylardır bunu deyirik. Hesab edirik ki, bütün tərəflərin bir araya gəlməsi və müzakirələri dayandığı yerdən yenidən davam etdirməsi çox önəmli məsələdir.


Biz diplomatiya yolunun hələ də açıq olmasına inanırıq. Biz hələ də İranın heç vaxt nüvə silahı əldə etməyəcəyindən əmin olmaq üçün məsələyə diplomatik yanaşmanın ən yaxşı variant olduğuna inanırıq.


Bununla belə, hesab edirik ki, bu sonsuza qədər davam edə biləcək bir proses deyil və İranın vaxtı hədər vermədən dərhal danışıqlar masasının arxasına qayıtması zəruridir”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar