SON XƏBƏRLƏR

"Nüvə danışıqlarına qayıtmaq üçün şərtlər sonsuza qədər davam edə bilməz"-Ned Prays

2022.07.06, 04:50
"Nüvə danışıqlarına qayıtmaq üçün şərtlər sonsuza qədər davam edə bilməz"-Ned Prays

Gunaz.tv

"Yalnız Amerikanın deyil, avropalı müttəfiqlərimizin də gözlədiyi cavab İran hökumətinin nüvə danışıqlarına tam əməl etmək qərarıdır. Başqa bir görüş hələ təyin edilməyib, ancaq Amerika razılaşmaya qarşılıqlı şəkildə qayıtmaq üçün bir yol tapmağa sadiqdir"-deyə, Dövlət Departamentinin sözçüsü bildirib.

Prays neçə ay bundan öncədən Amerikanın avropalı müttəfiqlərinin vasitəçiliyi ilə bir razılaşmanın hazırlandığını, ancaq İranın danışıqlarda dolayı, razılaşmaya dəxli olmayan  şərtlər irəli sürdüyünü söyləyib.

Qeyd edək ki, Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali Amerika Milli Radiosuna müsahibəsində Doha danışıqlarını itirilmiş fürsət kimi dəyərləndirib.

“Avropa Birliyi danışıqların koordinatoru kimi ən azı növbəti cəhd etmək niyyətində idi, ona görə də iranlıların razılaşma üçün bir az istək göstərəcəyi ümidi ilə hər iki tərəfi Dohaya dəvət etdilər.

Ancaq İran tərəfi buna müsbət cavab verə bilməyəcəyini göstərdi”-deyə, Robert Mali müsahibəsində qeyd edib.

O, İranın keçmişdə irəli sürdüyü istəklər üzərində israr etməsini anlaşılmaz sayıb və yeni danışıqlar dövrü üçün məsələlərin dəyişdiyi bir halda iranlıların köhnə şərtlərə Dohaya niyə gəldiklərinin başa düşülmədiyini deyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar