SON XƏBƏRLƏR

Eduard Şevardnadze: “Ermənistandakı atom-elektrik stansiyası bütün bölgə üçün təhlükədir”

2021.10.20, 07:36
Eduard Şevardnadze: “Ermənistandakı atom-elektrik stansiyası bütün bölgə üçün təhlükədir”

Gunaz.tv

GünAz TV: Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze Gürcüstan haikimyyətini Ermənistanla Metsamor AES-in (atom-elektrik stansiyasının) təhlükəsizliyi ilə bağlı dərhal danışıqlara başlamağa çağırıb.

o, “Asaval-Dasavali” həftəliyinə müsahibəsində bildirib ki, Ermənistandakı AES-in vəziyyəti ilə bağlı məlumatlar ciddi narahatlıq doğurur: “Məlum olub ki, Ermənistan AES-də vəziyyət acınacaqlıdır. Orada heç bir təhlükəsizlik təminatı yoxdur və o, bütün bölgə üçün təhlükə yaradır”. Bu barədə Milli.Az xəbər portalı Trend-ə istinadən xəbər yayıb.

Eduard Şevardnadze hesab edir ki, belə bir vəziyyətdə Gürcüstan hakimiyyəti Ermənistanla danışıqlara başlamağa və gözlənilən fəlakətdən yayınmaq üçün əlindən gələni etməyə borcludur.

Qeyd edək ki, 1976-cı ildə fəaliyyətə başlayan Metsamor AES Ermənistanın paytaxtı Yerevandan 30 kilometr qərbdə, seysmik aktiv bölgədə yerləşir. 1988-ci ildə Spitakda baş vermiş dağıdıcı zəlzələdən sonra Ermənistan rəhbərliyi AES-in fəaliyyətini dayandırmaq qərarına gəlib. Lakin iqtisadi çətinliklər 1993-cü ildə rəsmi Yerevanı Metsamor AES-i yenidən işə salmağa vadar edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar