ƏƏSMN: Şəhid ailələri və müharibə əlilləri orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar

2020-12-02 09:52

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Gunaz.tv Quote | Gunaz article

APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov paylaşım edib. O bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar. 


- Şəhidin vərəsələrinə sığorta ödənişi  (11 min manat) verilir.


- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.


Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:


- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);


- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;


- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;


- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və  özləri təhsil haqqı ödəməkdən azad olunur;


- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;


- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;


- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;


- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;


- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub". 
F.Talıbov qeyd edib ki, ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir:


"İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək  avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir. 
 

Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır".


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ermənilər Zəngilan məzarlığını dağıdıb, meyitlərin qızıl dişlərini çıxarıblar - "ZƏFƏRİN İZİ İLƏ" - FOTOLAR və VİDEO

2021-01-23

gun az article

Ruhani: “Koronavirusun mutasiyaya uğramış növündən nigaranıq. Ölüm hallarının nə vaxt başa çatacağı bəlli deyil”

2021-01-23

gun az article

Rusiyada saxlanılanların sayı 230-a çatdı - FOTOLAR və VİDEOLAR

2021-01-23

gun az article

Cəbrayılın Aşağı Maralyan kəndindən GÖRÜNTÜLƏR

2021-01-23

gun az article

İranda koronavirusdan daha 69 nəfər ölüb, 6 207 nəfər yeni növ “Covid-19”a yoluxub (Rəsmi statistika)

2021-01-23

gun az article

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

2021-01-23

gun az article

“Twitter” qolf meydançasında Trampa qarşı terrora çağırış edən Xamneyinin hesabını bağlayıb - FOTOLAR

2021-01-23

gun az article

Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub

2021-01-23

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı AZALIR

2021-01-23

gun az article

GünazTV Jan.22.2021 : “Amerikanın yeni prezidenti COVİD-ə qarşı planını açıqladı”

2021-01-22

gun az article

Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB

2021-01-22

gun az article

Bijən Zəngənə: “Son günlər neft ixracatımızın həcmi kəskin artıb”

2021-01-22

gun az article

İranda koronavirusdan daha 75 nəfər vəfat edib, 6 305 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-01-22

gun az article

İranda daha 2 bəhai qadın həbsə məhkum edilib

2021-01-22

gun az article

Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı

2021-01-22

gun az article

Daha bir əsgərimiz minaya düşərək şəhid oldu – FOTO

2021-01-22

gun az article

Azərbaycanda COVID-19-dan ölüm sayı birrəqəmliyə endi

2021-01-22

gun az article

Paşinyandan ermənilərə Şuşa ilə bağlı tarixi xatırlatma

2021-01-22

gun az article

Bakıda körpünün üzərində 11 avtomobil toqquşub, xəsarət alanlar var - FOTOLAR

2021-01-22

gun az article

GünazTV Jan.21.2021 : “Coe Bayden Prezident andı içdi və 15 qərara imza atdı”

2021-01-21