Əfqanıstan İsmayıl Qaanini Bamiyan vilayətinə gizli səfərinə görə saxtakarlıqda günahlandırır- FOTO

10.01.2020, 13:48

GünAz TV: “Sepah” terror təşkilatının “Qüds Qüvvələri”nin komandanı Qasım Süleymaninin həlak olmasından sonra Əli Xamneyi İsmayıl Qaanini bu hərbi birləşmənin yeni başçısı təyin etdi.

 

Qaaninin təyinatından sonra Əfqan mediasında onun Bamiyan vilayətinə İranın Kabildəki səfirinin müavini adı altında etdiyi səfərlə bağlı fotolar yayılıb. İlk dəfə 2018-ci ilin iyul ayında Bamiyan valiliyinin rəsmi saytında dərc edilmiş həmin şəkillərdə Qaaninin vali Məhəmməd Tahir Züheirlə görüşdüyü görünür.

 

Valiliyin saytında foto ilə birlikdə yazılmış məlumatda Qaaninin adı çəkilmir. Mətndə qeyd edilir ki, “İranın Əfqanıstandakı səfirinin müavini cənab İsmayıli Bamiyana səfər edib”.

 

 

Məhəmməd Tahir Züheir məsələ ilə bağlı KİV-lərə bildirib ki, Qaani o vaxt özünü İran diplomatı kimi təqdim edib və əyalətə İranın yerli rəhbərliyə dəstəyini nümayiş etdirmək üçün gəldiyini deyib. O, həmçinin qeyd edib ki, protokol qaydalarına əsasən, Kabillə razılaşdırılmadan heç bir xarici dövlət rəsmisi bu vilayətə səfər edə bilməz.

 

Məsələyə münasibət bildirən Əfqanıstanın Xarici İşlər Nazirliyi Qaaninin şiələrin üstünlük təşkil etdiyi Bamiyan vilayətinə nə vaxt və hansı üsullarla səfər etdiyinin araşdırıldığını bəyan edib.

 

"Biz onun ziyarətinin dəqiq mahiyyətini və tarixini araşdırırıq. Bu arada, sizi əmin edə bilərəm ki, o, heç vaxt İranın Əfqanıstanda akkreditə edilmiş səfirin müavini postunu tutmayıb " - deyə, Əfqanıstanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən İdris Zaman yerli media orqanlarına verdiyi açıqlamada qeyd edib.

 

İdris Zaman

 

Əfqanıstan rəsmiləri İsmayıl Qaanini bu ölkənin rəsmiləri ilə koordinasiya etmədən şiələrin üstünlük təşkil etdiyi Bamiyan vilayətinə getdiyi üçün saxtakarlıqda və məkrli plan icra etməkdə ittiham edirlər.

 

Qeyd etmək lazımdır ki, İran əsasən Əfqanıstanda fəaliyyət göstərən Taliban terror təşkilatına maddi, hərbi və siyasi dəstək göstərir. Bunu ara-sıra iranlı rəsmilər də dilə gətirirlər.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01