Əfqanıstan rəsmisi İranın ikibaşlı siyasətini tənqid edib: “Nala-mıxa vurmağın nəticəsi yoxdur”

2021-05-12 15:33

Əfqanıstan prezidentinin müşaviri Şahhüseyn Mürtəzəvi mayın 11-də şəxsi “Twitter” hesabında paylaşım edərək, İran İslam Respublikasının Taliban terror təşkilatı ilə yaxın və isti münasibətlərini tənqid edib.

Gunaz.tv Quote | Gunaz article

Şahhüseyn Mürtəzəvinin “Twitter”dəki paylaşımı, talibançıların paytaxt Kabilin “Kuh-e Çehel Doxtəran” məntəqəsində yerləşən “Seyidüşşühəda” adlı qızlar məktəbinin qarşısında bomba dolu bir avtomobili partlatmasından iki gün sonraya təsadüf edib. 


Törədilən terror aktında ən azı 85 nəfər ölüb, 150 nəfərdən çox insan yaralanıb. Terror aktında ölənlərin əksəriyyətini 11-15 yaşlarında olan qız şagirdləri təşkil edir.


Baş vermiş olayla bağlı Əfqanıstan xalqı ilə həmrəylik əlaməti olaraq, Tehranın Azadlıq meydanındakı qüllənin Əfqanıstan bayrağı ilə işıqlandırılmasına görə öz təşəkkürünü bildirən Şahhüseyn Mürtəzəvi deyib ki, İran rejiminin Əfqanıstanla münasibətdə gah nala, gah da mıxa vurmaq siyasəti yeritməsi qəbuledilməzdir.


"Həmrəyliyiniz üçün təşəkkürlər. Lakin Unutmamışıq ki, Taliban rəhbəri Molla Əxtər Mənsur İrandan çıxarkən öldürüldü. Bundan başqa Molla Bəradər və Talibanın digər rəhbərləri Tehranda çox isti qarşılanır, ayaqlarının altına qırmızı xalı salınır. İran güman edir ki, Talibanla əməkdaşlıq etməklə İŞİD-in (DAEŞ) qarşısını ala bilər. Halbuki DAEŞ-in əsl anası Taliban və talibançılardır. 


Hesab edirik ki, İranın Əfqanıstan və Talibana qarşı ikili siyasəti düzgün deyil və qəbuledilməzdir. Gəlin insanlarla səmimi olaq. Çünki nala-mıxa vurmaq siyasətinin nəticəsi yoxdur. Daha doğrusu, İranın bu ikibaşlı siyasəti Talibana Əfqanıstanda siyasi manevr etmək üçün əlverişli fürsət yaradıb”, -deyə Əfqanıstan prezidentinin müşaviri Şahhüseyn Mürtəzəvi “Twitter” hesabında etdiyi paylaşımında bəyan edib.  

تصویر

Qeyd edək ki, Taliban təşkilatı Kabildə qızlar məktəbinə qarşı törədilən terror aktının məsuliyyətini üzərinə götürməsə də, Əfqanıstan prezidenti Əşrəf Qəni, bu hücumun Taliban muzdluları tərəfindən gerçəkləşdirildiyini bildirir. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xuzistan etirazları daha bir neçə əyalətə yayılıb: Şadqanda isə naməlum şəxslər 4 polisə odlu silahlardan atəş açıblar - VİDEO

2021-07-25

gun az article

Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

2021-07-25

gun az article

Sistan-Bəlucistanda öldürülən 4 “Sepah”çının kimliyi açıqlanıb

2021-07-25

gun az article

“Sepah” və Livan “Hizbullah”ının 2 komandiri Suriyada öldürüldü

2021-07-25

gun az article

AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...”

2021-07-25

gun az article

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

2021-07-25

gun az article

Türkiyə ordusu qisas aldı- 7 terrorçu məhv edildi

2021-07-25

gun az article

Afrikanın cənubunda rekord: görünməmiş şaxta...

2021-07-25

gun az article

Ermənistanda COVİD-19-a yoluxanların sayı 228 798 nəfərə çatıb

2021-07-25

gun az article

Tokio-2020: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

2021-07-25

gun az article

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub

2021-07-25

gun az article

Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

2021-07-24

gun az article

İranın Sistan-Bəucistan əyalətində 4 “Sepah”çı öldürülüb

2021-07-24

gun az article

“YAŞAT” indiyədək 8330 nəfəri öhdəliyə götürüb

2021-07-24

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Dezful inqilab məhkəməsinə çağırılıb

2021-07-24

gun az article

Pakistan Əfqanıstanla sərhədə ordu yeridib

2021-07-24

gun az article

Əfqanıstanda son sutkada "Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb

2021-07-24

gun az article

Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir

2021-07-24

gun az article

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub - VİDEO

2021-07-24

gun az article

Rusiyada virusdan ölənlərin sayı 153 mini ötdü

2021-07-24