Bakı klubu Konfrans Liqasının III təsnifat mərhələsində ilk görüşə çıxıb.
Laurentsiu Regekampfın yetirmələri Avstriya “Rapid”i ilə üz-üzə gəlib. “Ağ-qaralar” rəqibini “Bakcell Arena”da qəbul edib. Ötən həftə bu stadionda “Aris”i 3 cavabsız qolla darmadağın edən “Neftçi” bu dəfə də doğma azarkeşlərini qələbə ilə sevindirib.
Hər hissədə bir qol vuran paytaxt təmsilçisi yalnız son saniyələrdə qapısında qol görərək, 2:1 hesablı qələbə ilə kifayətlənib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək
Ayxan