SON XƏBƏRLƏR

Əhər aşıqları Tehranda keçirilən festivalda aktiv iştirak edib

2021.10.20, 07:36
Əhər aşıqları Tehranda keçirilən festivalda aktiv iştirak edib

Gunaz.tv

GünAz TV: Tehranda keçirilən 4-cü Bölgələrin Musiqi Festivalında güney azərbaycanlı saz-söz ustaları, o cümlədən Əhər məntəqəsinin aşıqları aktiv şəkildə iştirak edib.

 

Bu barədə Əhər İslami İrşad və Mədəniyyət İdarəsinin  rəisi Mehdi Zarei mətbuata məlumat verib.

 

“Festivala Əhər məntəqəsindən bir neçə aşıq qatılıb. Festivalın bağlanış mərasimində Əhərin qocaman aşığı, ustad Vəli Əbdinin incəsənət fəaliyyətləri təqdir olunub”- deyə o bildirib.

 

V.Əbdinin festivalda qopuzla çıxış etdiyini bildirən M.Zarei ustad aşığın həyatı barədə məlumat verib. “Aşıq V.Əbdi 1944-cü ildə Əhərin Azğan kəndində dünyaya göz açıb. O uşaq yaşlarından aşıq musiqisi ilə məşğul olub, hələ də bu sahədə fəaliyyət göstərir. Ötən il isə Əhərdə qocaman aşığın yaradıcılıq gecəsi keçirilib”- deyə o qeyd edib.

 

İrşad və Mədəniyyət İdarəsi rəisinin sözlərinə görə,  4-cü Bölgələrin Musiqi Festivalında Əhərdən V.Əbdi ilə birlikdə aşıq İbrahim Qaradağlı, aşıq Ümid Cabbari, aşıq Əhməd Əbdullahi və aşıq Əli Vətənxah da iştirak edib.

 

Festival dekabrın 20-dən 23-dək Tehranda Rudəki salonunda keçirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar