Noyabr ayının 27-i Əhər-Təbriz yolunda “Mərkid” kəndinin yaxınlığında iki avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Gunaz.tv
“İLNA” xəəbər agentliyinin verdiyi məlumata görə, Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin sözçüsü Xoca, Yengcə, Kalvanaq, Şeyx Rəcəb və Herisidən qəza yerinə 5 təcili yardım maşınının göndərildiyini açıqlayaraq deyib ki, qəza barədə məlumat verildikdən sonra bu gün axşam göndərmə mütəxəssisləri dərhal hadisə yerinə gediblər.
“Şadiniya” əlavə edib: "Təəssüf ki, bu hadisədə 30, 12 və 25 yaşlarında üç kişinin ölümü təsdiqləndi və yaralanan 5 nəfər xəstəxanaya köçürüldü."
Şərqi Azərbaycan Yol Polis İdarəsinin rəisi polkovnik “Kərimi Nəjad” qəzanın səbəbi kimi sürücülərin ehtiyatsızlığını göstərib.
C.E