SON XƏBƏRLƏR

Əhər zindanında məhbus həyatı yaşayan Hamid Allahverdipur sürgün edilmə ilə təhdid edilib

2021.10.20, 07:36
Əhər zindanında məhbus həyatı yaşayan Hamid Allahverdipur sürgün edilmə ilə təhdid edilib

Gunaz.tv

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək vermək məqsədi ilə Əhər zindanında aclıq aksiyası keçirən Hamid Allahverdipur sürgün edilmə ilə təhdid edilib.

 

Fəalın iyunun 1-i, aclıq aksiyasının 4-cü günündə Əhər prokuroru tərəfindən hədələndiyi bildirilir.

 

Hamid Allahverdipur, Abbas Lisani və digər azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi ilə mayın 29-da 5 günlük aclıq aksiyası keçirməyə qərar verib. O mayın 28-də saxlandığı zindanın məsullarına məktub yazaraq aclıq edəcəyini elan edib.

Məktubda türk millətinin hüquqları uğrunda dinc mədəni mübarizə aparan fəalların saxlanması və onlara qarşı dosye təşkil olunması ədalətsizlik adlandırılıb, bu hərəkətin insan hüquqları konvensiyalarına zidd olduğu qeyd olunub.

 

Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan  tanınmış fəal Abbas Lisani dosyesi ilə bağlı tələbinin zindan məsulları tərəfindən təmin olunmamasına etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb. O özünü müdafiə etməyə hazırlıq məqsədi ilə vəkili tərəfindən hazırlanıb zindana təhvil verilən dosyenin xülasəsi ona təqdim olunmadığı üçün mayın 27-də aclıq elan edib.

 

Həmçinin ötən günlərdə Əhər zindanının məsulları Hamid Allahverdipurun adını Rəməzan ayı münasibəti ilə məzuniyyətə buraxılan məhbusların siyahısına daxil etməyib.

 

Oxşar hadisələrə güneyli fəalların həbs edildiyi əksər zindanlarda rast gəlinir. Onların məzuniyyət hüququ təmin olunmur, hətta özlərini müdafiə etmək üçün məhkəmə proseslərinə qatılmaq icazəsi də verilmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar