SON XƏBƏRLƏR

Əhməd Ələmülhüda: “Biz rəhbərin dualarına güvənirik, neftə deyil”

2021.10.20, 07:36
Əhməd Ələmülhüda: “Biz rəhbərin dualarına güvənirik, neftə deyil”

Gunaz.tv

GünAz TV: Son günlər ərzində bir qrup iranlı axund iddia edirlər ki, Amerika İranın neft ixracatını sıfıra endirsə belə, bu, ölkə iqtisadiyyatına heç bir mənfi təsir göstərməyəcək.

 

Məşhədin imam cüməsi Əhməd Ələmülhüda aprelin 26-da cümə xütbəsi zamanı qeyd edilən məsələ ilə bağlı deyib: “Biz Allah, islam, Quran, imam zaman və rəhbərə güvənirik, neft, mədənlər, təbii ehtiyatlar və dünya bazarına deyil.”

 

O, həmçinin qara qızıl satışının azalmasının İran iqtisadiyyatına “problem yaratmayacağı”nı bildirib. Axundun sözlərinə görə, “İranın neftdən asılılığı cari ildə aşağı düşəcək, hətta 4%-ə qədər enməsi mümkündür”.

 

Şirazın imam cüməsi Lütfullah Dejakam da məsələyə gülünc münasibət bildirib və iddia edib ki, “biz neft satmasaq belə, heç bir problem olmaz”.

 

Axundların iddialarından fərqli olaraq, İran Hesablama Palatası kimi rəsmi qurumların verdiyi məlumatlar bunun tam əksini göstərir. Belə ki, son illər ərzində ölkə iqtisadiyyatının 40%-i neft gəlirlərindən asılı olub. Cari ilin büdcə layihəsində də neft satışından əldə ediləcək gəlir 148 trilyon tümən proqnozlaşdırılıb. Bu məbləğ yalnız ölkədə işçilərin əmək haqları və pensiyaların ödənməsi üçün kifayət edə bilər. Belə olduğu halda, ölkə iqtisadiyyatının digər sahələrin isə maliyyə çatışmazlığı səbəbindən ciddi böhranlarla üzləşməsi qaçınılmazdır.

 

Amerika sanksiyalarından öncə də İran iqtisadiyyatının böyük hissəsi- yəni 60%-dən çoxu neft gəlirlərindən asılı idi.

 

Əhməd Ələmülhüda da daxil olmaqla, digər axundlar və rəsmilər iddia edirlər ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri dünya bazarında İranın təklif etdiyi nefti kompensasiya “edə bilməzlər”. Buna baxmayaraq, Rusiya Dövlət Neft Şirkətinin rəhbəri İqor Seçin Ərəbistanın və BƏƏ-nin dünya bazarında İran neftinə alternativ olmaq iqtidarında olduqlarını deyib.

 

“Bloomberg” agentliyinin məlumatına görə, bu iki ərəb ölkəsi qısa müddətdə öz hasilatını İranın ixrac etdiyi neftdən 1.5 dəfə çox artıra bilərlər.

 

Beynəlxalq Enerji Agentliyi də bu məlumatları təsdiqləyib. Agentliyin yaydığı məlumatda qeyd edilir ki, OPEK-ə üzv ölkələr gündəlik 3 milyon bareldən çox neft hasil etmək iqtidarındadırlar. Bu potensialın 2/3-si Səudiyyə Ərəbistanı, digər 1/3-i Birləşmiş Ərəb Əmirlikləri, İraq və Küveyt kimi ölkələrin payına düşür.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar