Əhməd Obalı Beynəlxalq İnsan Hüquqları Monitorinqi Təşkilatına müsahibə verib

2020-08-22 17:01

Beynəlxalq İnsan Hüquqları Monitorinqi Təşkilatı Güney Azərbaycan Televiziyasının təsisçisi Əhməd Obalıdan güney azərbaycanlılar və onların pozulmuş hüquqları ilə bağlı müsahibə götürüb.

Gunaz.tv Quote | Gunaz article

Əhməd Obalı əvvəlcə İranda Pəhləvilərə qarşı baş qaldırmış "inqilab"dan və bu inqilabların xalqın gözlədiyinin olmamasından, özünün cavanlıq illərində yeni qurulmuş İslam Republikası rejimi tərəfindən heç bir ittiham olmadan, qanunsuz həbs edilməsindən danışıb. 


O, daha sonra 1980-cı illərdə fəaliyyətlərinə görə özünə və ailə üzvlərinə qarşı İran rejiminin göstərdiyi təzyiqlər barədə ətraflı məlumat verib. 


Əhməd Obalı, həmçinin 1990-cı illərdə Sovet İttifaqının dağılması, bunun nəticəsində isə Azərbaycan Respublikasının müstəqil olmasının ona və güney azərbaycanlılara azadlıq uğrunda mübarizələrində yeni ruh verməsi, 1995-ci ildə Azərbaycan Mədəniyyət Assosiasiyasının, 1997-ci ildə Azərbaycanlıların Konqresinin yaradılması, habelə Güney Azərbaycan Televiziyasını öz maliyyə mənbəyi vasitəsilə təsis etməsi, bu istiqamətdə üzləşdiyi çətinliklər və kanala maliyyə dəstəyi göstərilməsilə bağlı müraciətlərindən danışıb. 


GünAz TV-nin təsisçisi kanalda yalnız azərbaycanlılara deyil, eləcə də türkmənlər, ərəblər və bəluçlar kimi İranda yaşayan digər etnik azlıq nümayəndələrinə də zorakılıq təbliğ etmədən, insan haqlarına fokuslanaraq, ödənişsiz efir vaxtı verildiyi barədə təşkilata məlumat verib. 

 


O, GünAz TV-yə qarşı yönəlmiş bəzi ittihamlara da qısa cavab verərək, televiziyanın heç bir ölkə və ya onun təşkilatına bağlı olmadığını, insan haqları sahəsində fəaliyyət göstərən müstəqil media qurumu olduğunu bir daha diqqətə çatdırıb. 


GünAz TV-nin təsisindən sonra İran rejimi tərəfindən ona qarşı bəzi ittihamların səsləndirilməsi, özünə və ailə üzvlərinə qarşı təhdidlərin edilməsindən də danışan Əhməd bəy heç bir təhdidin onu yolundan döndərə bilmədiyini deyib. 


Müsahibə əsasında jurnalist Əhməd Obalıdan insan haqları təşkilatlarının İran cəmiyyətinin böyük hissəsini təşkil edən əsas xalq- azərbaycanlıları rejimin mədəni soyqrıma məruz qoyması barədə niyə hesabat və ya məlumat yaymamaqları barədə sual soruşub. 


Əhməd bəy İran qrupları da daxil olmaqla, insan haqları təşkilatlarının güney azərbaycanlıların istədiklərini səsləndirməkdə və seçdikləri sivil hərəkat yolunu işıqlandırmaqda maraqlı olmadıqlarını, başqa istiqamətdə fəaliyyətlərə daha çox fokuslandıqlarını deyib. 


O, həmçinin çıxışı zamanı ağır həbs cəzaları almış bir sıra güney azərbaycanlı fəallarla yanaşı, 8 il həbsə məhkum edilmiş Abbas Lisaninin həbs müddətinin Apellyasiya Məhkəməsi tərəfindən 16 ilə qədər yüksəldilməsi məsələsini də təşkilatın diqqətinə çatdırıb. GünAz TV-nin rəhbəri güney azərbaycanlıların İran Konstitusiyasında ana dilində təhsillə bağlı nəzərdə tutulmuş müddəaların icrasını, öz pozulmuş hüquqlarını tələb etdiklərini qeyd edib. 


Əhməd Obalı sonda koronavirus və onun yaratdığı mövcud şəraitdə Evin həbsxanasında saxlanılan 3 güney azərbaycanlı fəalın vəziyyəti, rejimin keçmişdə və hazırda GünAz TV-nin tamaşaçalarına qarşı təzyiqləri və onları həbs etməsi, kiber təhdidlər, kanalın gələcək fəaliyyətləri və güney azərbaycanlıları təşkilatlandırmaq kimi bır sıra mühüm məsələlər barədə aparıcıya məlumat verib.

 

Müsahibəyə baxmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

 

https://observatoryihr.org/iohr-tv/gunaz-tv-the-voice-of-iranian-azerbaijanis-that-cannot-be-silenced-by-irans-state-censorship/


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Oct.30.2020 : Qarabağ Cəbhəsində son vəziyyət və İranın müdaxilə cəhdi ,Azərbaycanın Vətən Müharibəsində İran və Rusiyanın mövzei

2020-10-31

gun az article

GünazTV Oct.30.2020-Azadlıq Səsi: Güclü Azərbaycan ordusu və bölgəsəl sabitlik.

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30

gun az article

Azərbaycanlı universitet müəllimi: "Zəngilanın azad edilməsi Güney Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olub"

2020-10-30

gun az article

Təbrizdə İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə qarşı divarlara etiraz şüarları yazılıb- FOTO

2020-10-30

gun az article

‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30

gun az article

GünazTV Oct.27.2020-Sözümüz: İran Məclisi Və Güney Azərbaycan Məsələləri

2020-10-30

gun az article

GünazTV Oct.29.2020- Düşünməyə Çağırı: Azərbaycan və Qarabağ Savaşı

2020-10-30

gun az article

GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29

gun az article

Paniranistlər yenidən Təbrizdə yerləşən "Təkəmçilər" heykəlini dağıdıblar- FOTO

2020-10-29

gun az article

Fəal Məqsud Bağıri Gülzar 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azad edilib

2020-10-29

gun az article

GünazTV Oct.28.2020: Qarabağ azadlıqı Dünya mediasında , erməni cinayətləri- Pan-İranizm'in himayəti.

2020-10-29

gun az article

GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28

gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27