Prezidentliyə namizədliyi qeydə alınmış Əhmədinejaddan xəbərdarlıq: Saxtakarlıq etsələr..." - FOTO

2021-05-13 12:47

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad mayın 12-də Daxili İşlər Nazirliyində prezidentliyə namizədliyinin qeydə alınmasından sonra tərəfdarlarının qarşısında çıxış edərək, Konstitusiyaya Nəzarət Şurasının onun namizədliyini bloklayacağı barədə xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article

Öz çıxışında prezidentliyə namizədliyinin səbəbini “milyonlarlar” tərəfdarının istəyi və xahişi ilə əsaslandıran Əhmədinejad deyib ki, əgər o Konstitusiyaya Nəzarət Şurasının süzgəcindən keçə bilməsə seçkiləri boykot edəcək.


“İndidən rəsmən bildirirəm ki, əgər Konstitusiyaya Nəzarət Şurası məni diskvalifikasiya (Rədd-e səlahiyyət) etsə, seçkilərdə iştirak etməyəcək, heç bir namizədə, hətta mənimlə yaxın dostluğu olan namizədlərə də səs verməyəcək, seçkilərin legitimliyini tanımayacağam.


Əlbəttə, vəziyyət belə olan halda mən hər hansı bir etiraz toplantısının keçirilməsinə,  zorakılığa qarşıyam. Lakin dediyim kimi heç bir namizədi dəstəkləməyəcək, heç kəsə səs verməyəcəyəm. 


Ayıq olmaq lazımdır ki, ölkənin təhlükəsizlik qurumlarına nüfuz etmiş fasid və korrupsionerlər ünsürlər zorakılığa əl ataraq, bunun günahını insanların üstünə atmasınlar və xalqı zorakılıqda günahlandırmaqla onları repressiyalara məruz qoymaq üçün zəmin yarada bilməsinlər.


Bu gün ölkəyə hakim mütəşəkkil və oturuşmuş korrupsiya, yalan və vəzifəli şəxslərdəki aristokratiya ölkə əhalisinin mövcud durumdakı çatımazlıqları aradan qaldırmaq üçün bütün ümidlərini məhv edib.


Təəssüflər olsun ki, Konstitusiyaya Nəzarət Şurasında və oxşar qurumlarda oturanlar “nəzarət” adı altında xalqın yerinə qərar verir, hər gün bu “nəzarət”dən yeni təfsirlər irəli sürür, hətta özləri qanun da yazırlar. Bu isə qəbuledilməzdir”, -deyə İranın keçmiş prezidenti, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Mahmud Əhmədinejad bəyan edib. 


Qeyd edək ki, İranda 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək. 

احمدی نژاد: دولت ایرانی تشکیل خواهم داد - آفتاب نیوز | خبر فارسی

احمدی نژاد: اگر رد صلاحیت شوم، انتخابات را قبول ندارم - بهار نیوز

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17

gun az article

İranın “Hizbullah”a göndərdiyi yanacaq karvanı Livana daxil olub

2021-09-17

gun az article

Zaxarova: "Regionda nəqliyyat yollarını açmaq üçün səylərimiz davam edəcək"

2021-09-16

gun az article

İbrahim Rəisi: “İranın qonşu və region ölkələri ilə əlaqələri hökumətimizin prioritet məsələsidir”

2021-09-16

gun az article

QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişiklik ediləcək

2021-09-16

gun az article

Ermənistan Prezidenti Fransaya gedib

2021-09-16