SON XƏBƏRLƏR

Tehran hökuməti Təbrizdə erməni muzeyi yaradır

2022.04.20, 20:55
Tehran hökuməti Təbrizdə erməni muzeyi yaradır

Gunaz.tv

Həmzəzadə aprelin 20-də Azərbaycanda yaşayan ermənilərin arxiyepiskopu Qriqor Çiftçiyanla görüşündə ermənilərin abidə və əsərlərinin qorunub saxlanılmasını başçılıq etdiyi idarənin əsas hədəflərindən biri olduğunu deyib.

“Əyalətdə çoxsaylı erməni abidələri mövcud olduğundan bərpa, mühafizə və baxım üçün Baş İdarə tərəfindən xüsusi tədbirlər həyata keçirilmiş və bu tədbirlərdən sonra Təbrizdə Erməni Muzeyinin yenidən yaradılması gündəmdədir”-deyə, Əhməd Həmzəzadə bildirib.

O, Şərqi Azərbaycanda yaşayan ermənilərn arxiyepiskopu ilə razılaşdırıldıqdan sonra ölkənin şimal-qərbində, Təbrizdə yerləşən kilisanın Mədəni İrs İdarəsinin mütəxəssislərinin rəyi ekspertlərin araşdırmalarından sonra bərpa olunacağını deyib.

Qeyd edək ki, xüsusilə son ilər Güney Azərbaycan əyalətlərində tarixi abidələrin qorunub saxlanılması və bərpası ilə bağlı ciddi iş görülməməsi fəalların, mədəniyyət xadimlərinin narazılığı ilə qarşılanıb.

Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin məsulları bunu mərkəzdən yetərincə büdcə ayrılmaması ilə əlaqələndirirlər.

Bununla yanaşı son bir neçə il ərzində Təbrizdə fəaliyyət göstərən kolleksiyaçılar, musiqi, foto, karikatura və b. Sahələrdə fəaliyyət göstərən.şəxsi vəsaitləri hesabına muzey quran azərbaycanlılar hökumətin maneələri ucbatından fəaliyyətlərini dayandırıb və ya muzeyləri Tehrana köçürmək məcburiyyətində qalıblar. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar