SON XƏBƏRLƏR

Tehranda türk adlarına qarşı "soyqırım": Tanınmış şəxsiyyətlərin adları küçələrdən götürülür

2021.12.02, 09:29
Tehranda türk adlarına qarşı "soyqırım": Tanınmış şəxsiyyətlərin adları küçələrdən götürülür

Gunaz.tv

Tehran şəhərinin fərqli bölgələrində yerləşən Huşəng Muradi Kirmani, Cabbar Bağçaban, Mehdi Azər Yəzdi və Səməd Behrənginin adları lövhələrdən silinib və onların hansı adlarla dəyişdiriləcəyi bəlli deyil.


Azərbaycanlı şəxsiyyətlər Cabbar Bağçaban və Səməd Behrənginin adlarının küçələrdən ləğv edilməsi xüsusilə Tehranda yaşayan türklərin narazılığına səbəb olub.


Qeyd edək ki, adları çəkilən hər iki türk pedaqoq və ədəbiyyatçı Güney Azərbaycanla yanaşı İranda da ədəbi və pedaqogika sahəsində ən tanınmış şəxslərdən sayılırlar.


Tehranın yeni bələdiyyə başçısı Əlirza Zakaninin işə başlamasından sonra Tehranda türk şəxsiyyətlərinin adlarına olan küçələrin adının dəyişdirilməsi halları çoxalıb.


Bundan öncədə Səttarxan adına olan metro dayanacağının adının “Sağlamlıq Qorucuları”na dəyişdirilməsi türklərin, xüsusilə Tehranda yaşayan Azərbaycan türklərinin etirazlarına səbəb olmuşdu.


Bununla yanaşı bələdiyyə və Şəhər Şurası Tehran və İsfahan şəhərlərində bir sıra küçə və keçdilərin adlarının nümayişkaranə şəkildə İran-İraq müharibəsində həlak olan emənilərin adına verilməsi narazılıqla qarşılanmışdı.


Tehran bələdiyyəsi və Şəhər Şurası məsələ ilə bağlı hər hansı açıqlama verməyib və adları dəyişdirilən küçələrə hansı adların veriləcəyini bildirməyin.


C.E 

 

علیرضا زاکانی برای تصدی پست شهردار تهران، برنامه ارائه کرد - ایرناƏlirza Zakani, Tehranın bələdiyyə başçısı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar