SON XƏBƏRLƏR

Tehranın Birja Şirkətində kriptovalyuta aparatları aşkarlandı: İcraçı direktoru işdən çıxarıldı

2021.10.20, 07:36
Tehranın Birja Şirkətində kriptovalyuta aparatları aşkarlandı: İcraçı direktoru işdən çıxarıldı

Gunaz.tv

İranın “İrna” agentliyi Əli Səhrayinin işdən çıxarıldığını, Mahmud Qudərzinin isə onun yerinə təyin edildiyi barədə məlumat yaysa da, Əli Səhrayi mediaya açıqlamasında tutduğu vəzifədən kıönüllü olaraq istefa verdiyini bildirib.


“Tehranın Birja Şirkətində kriptovalyuta mayninqi ilə bağlı fəaliyyətin aparılması barədə daha ətraflı araşdırma aparılmasına fürsət və imkan yaratması və sərmayə bazarının gücləndirilməsi istiqamətində öz istefamı şirkətin rəyasət heyətinə təqdim etdim və onlar da istefamı qəbul etdilər”, -deyə Tehranın Birja Şirkətinin keçmiş icraçı direktoru Əli Səhrayi bildirib.


Tehranın Birja və Qiymətli Kağızlar Təşkilatı sentyabrın 29-da bəyanat yayaraq, Ehranın Birja Şirkətində qanunsuz kriptovalyuta mayninqi ilə bağlı fəaliyyətlərin aparıldığı ilə bağlı yayılan xəbərləri təsdiq edib. 


“Sözü gedən şirkətin binasında yoxlamalar aparılarkən məlum olub ki, kriptivalyuta mayninqi ilə əlaqədar aparılan fəaliyyətlər şirkətin hesabatlarında tam öz əkshini tapmayıb və qeydə alnmayıb”, -deyə Tehranın Birja və Qiymətli Kağızlar Təşkilatının yaydığı bəyanatında bildirilir. 

68bc9f42-902d-4572-9655-c63d05d8d597_w1023_r1_s.jpg

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar