SON XƏBƏRLƏR

Tehranlı deputat etirazçıları təhqir etdi: "Xalqın ətəyini bulaşdıran bu murdarlar..."

2022.09.27, 05:05
Tehranlı deputat etirazçıları təhqir etdi: "Xalqın ətəyini bulaşdıran bu murdarlar..."

Gunaz.tv

O, sentyabrın 26-da "Mehr" xəbər agentliyinə verdiyi müsahibədə narazı kütləni su üzündə köpüyə oxşadıb, onların cəmiyyət tərəfindən rədd ediləcəyini deyib.

"Xalqın ətəyini bulaşdıran bu murdarlar hər zaman meydanda olan xalq tərəfindən uzaqlaşdırılacaq, atılacaqlar"-deyə, Mahmud Nəbəviyan milyonlarla vətəndaşı təhqir edib.

Onun bu ifadələri vətəndaşlar tərəfindən qəzəblə qarşılanıb və Nəbəviyana yaxın vaxtlarda rəhbərləri ilə birgə bu sözlərinə görə cavab verməli olacağı barədə xəbərdarlıq edilib.

Minlərlə sosial media istifadəçisi Tehranın millət vəkilinin dediklərini, həmdə onun rəhbəri Əli Xameneyinin fərqli düşünən və hüquqları urunda mübarizəyə qalxan milyonlarla insana qarşı baxışı və mövqeyinin göstəricisi olduğunu qeyd ediblər.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar