SON XƏBƏRLƏR

Tehranın təhdidlərinə cavab olaraq Britaniya İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb

2022.11.12, 06:55
Tehranın təhdidlərinə cavab olaraq Britaniya İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb

Gunaz.tv

Britaniya Xarici İşlər Nazirliyi İranın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini bu ölkədə yaşayan farsdilli mediada çalışan jurnalistlərə qarşı təhdidlərə cavab olaraq çağırdığını açıqlayıb.

Böyük Britaniyanın Xarici İşlər Naziri Ceyms Kleverli noyabrın 11-də verdiyi açıqlamada deyib: “Mən bu gün İran nümayəndəsini çağırıb və bildirdim ki, biz jurnalistlərin və ya Böyük Britaniyada yaşayan hər kəsin həyatına qarşı təhdidə dözməyəcəyimizi açıq şəkildə bildirdim”.

Qeyd edək ki, bir neçə gün bundan öncə Britaniyanın “Teleqraf” qəzeti Londonda yerləşən İslam Respublikasına bağlı bir terror qrupunun bu yaxınlarda Londonda fəaliyyət göstərən fars dilli telekanalın iki britaniyalı-iranlı jurnalisti öldürməyi planlaşdırdığını yazıb.

Qəzetin məlumatına görə, London Metropoliteninin Terrorla Mübarizə Polisi bu jurnalistlərə xəbərdarlıq edib və onlara qarşı ölümcül təhdidlər olduğunu müəyyən etdiklərini söyləyib.

Məlumatda təhlükəsizlik səbəbindən jurnalistlərin adları açıqlanmasa da, onları gecə-gündüz qoruma altında olduqları qeyd edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar