SON XƏBƏRLƏR

Tehranın Evin zindanında yanğın başlayıb-Atışma səsləri eşidilir-VİDEO

2022.10.15, 19:23
Tehranın Evin zindanında yanğın başlayıb-Atışma səsləri eşidilir-VİDEO

Gunaz.tv

Zindanın 7-ci bölməsində başlayan yanğının qısa müddətdə başqa bölmələrə yayıldığı. hərbçilərin gözətçi qüllələrindən qaçdıqları bildirilir.

Fəalların verdiyi məlumata görə, məhkumların ailələri zindana doğru getməkdədirlər, onlar Evinə doğru çox sayda xüsusi təyinatlı qüvvə və hərbçilərdən ibarət maşın karvanının etdiyini, övladlarının öldürüləcəyindən qorxduqlarını deyirlər.

Zindana yaxın binalarda yaşayan vətəndaşlar balkonlara çıxıv bə "ölüm olsun diktatora", "ölüm olsun Xameneyiyə" şüarları səsləndirirlər.

Hökumətin rəsmi mediasının verdiyi məlumatda isə həbsxanada üsyan baş verdiyi və üsyançıların yanğın törətdikləri iddia edilir.

"İrna" xəbər agentliyi vəziyyətin nəzarət altına alındığını bildirsə də, müstəqil media fəalları zindan içərisindən hələdə atəş səsləri eşidildiyini deyir, çox sayda siyasi məhbusun və son aksiyalarda saxlanılan etirazçının hökumət məmurları tərəfindən öldürüləcəyindən nigəran olduqlarını qeyd edirlər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar