SON XƏBƏRLƏR

Tehran polisi öldürülən azərbaycanlı həkimlə bağlı açıqlama verib

2022.10.30, 07:45
Tehran polisi öldürülən azərbaycanlı həkimlə bağlı açıqlama verib

Gunaz.tv

Tehran polisi oktyabrın 26-da Zəngan şəhərindən olan doktor Pərisa Bəhməninin öldürülməsi ilə bağlı açıqlama yayıb.

Polisin açıqlamasında Pərisa Bəhməninin yük maşınının vurması nəticəsində öldüyü və iddia edilib və onun ölüm sənədində qəza nəticəsində öldüyü yazılıb.

Mütəxəssis cərrah olan doktor Pərisa Bəhməni oktyabrın 26-da Səhiyyə Nazirliyinin imkanlarından, o cümlədən ambulanslardan repressiyaları həyata keçirmək üçün istifadə etdiyinə, yaralıların müalicəsinə imkan verilmədiyinə görə keçirilən aksiyada hökumət məmurları tərəfindən açılan atəş nəticəsində həyatını itirib.

Son həftələr hökumət idarələrinin öldürülən etirazçılar barəsində verdiyi rəsmi sənədlərin əksəriyyətində ölüm səbəbləri zəhərlənmə, hündürlükdən yıxılma, avtomobil qəzası, intihar və b. yazılır.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı oktyabrın 29-a yaydığı məlumatda 17 sentyabrdan 28 oktyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 39-u uşaq, 19-u qadın olmaqla 272 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar