SON XƏBƏRLƏR

Tehran-Frankfurt reysi ilə uçan təyyarədə meyit aşkarlanıb

2022.10.28, 08:53
Tehran-Frankfurt reysi ilə uçan təyyarədə meyit aşkarlanıb

Gunaz.tv

Lufthansa Hava Yolları daxili e-poçtda işçilərinə məlumat veribki, şirkətin Tehrandan Frankfurta gələn təyyarəsinin eniş şassisində cəsəd tapıldıqdan sonra bütün uçuşları müvəqqəti olaraq dayandırıb. 

Cəsədin aşkarlanmasından sonra Lufthansa və Avstriya Hava Yolları hadisənin səbəbləri aydınlaşana qədər İrana uçuşları oktyabrın 29-dək dayandırıb.

Almaniyanın "Bild" qəzeti Lufthansa təyyarəsinin təkər qutusunda cəsədin aşkar edildiyini yazıb. Bu təyyarə oktyabrın 27-də səhər Tehrandan Frankfurt hava limanına gəlib.

Məsələ ilə bağlı daha ətraflı məlumat verilmir, bu cəsədin təyyarədə nə vaxtdan olduğu məlum deyil.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar