SON XƏBƏRLƏR

Tehran Polis İdarəsinin təcridxanasında 25 yaşlı gənc işgəncədən öldü

2022.04.14, 10:38
Tehran Polis İdarəsinin təcridxanasında 25 yaşlı gənc işgəncədən öldü

Gunaz.tv

İranın Kirmanşah şəhərindən olan və Tehranda yaşayan gəncin narkotik maddə alverində günahlandırıldığı, onun təcridxanada döyülərək öldürüldüyü qeyd olunur.

 Övladlarının taleyi ilə maraqlanan ailə üzvlərinə polisdən belə bir şəxsin idarədə olmadığını deyiblər.

Bundan sonra Tibbi Ekspertiza Mərkəzindən onları çağıraraq Miladın qaçmaq istəyərkən hündürlükdən yıxılaraq öldüyünü söyləyiblər.

Öldürülən gəncin atası oğlunun üzərində çox saylı zərbə və işgəncə izlərinin olduğunu, onun döyülərək öldürüldüyünü bildirib.

Qeyd edək ki. aprelin 12-də Beynəlxalq Əfv Təşkilatının yaydığı 108 səhifəlik hesabatda son 12 ildə İran zindanlarında öldürülən çox sayda məhkumdan bəhs edilir.

"İran hakimiyyətinin insan həyatına dəhşətli etinasızlığı faktiki olaraq İran həbsxanalarını xəstə məhbusların ölümlərini gözləmə otaqlarına çevirib və ölümcül xəstəlikləri olan məhbusları acınacaqlı vəziyyətə salıb"-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Tahavi xəbərdarlıq edib.

Təşkilatın hesabatında rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-nin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alındığı yazılıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar