SON XƏBƏRLƏR

Tehran və Məşhəd şəhərlərində Xamneyiyə qarşı şüarlar səsləndirilib-VİDEO

2022.02.25, 08:17
Tehran və Məşhəd şəhərlərində Xamneyiyə qarşı şüarlar səsləndirilib-VİDEO

Gunaz.tv

Hər iki şəhərdə səs sistemlərinə haker hücumunun edildiyi bildirirlir.

"Xamneyiyə ölüm" şüarları ilə yanaşı müxalif  Xalq Mücahidləri Təşkilatının başçısı Məsud Rəcəvinin çıxışı səsləndirilib.

Bundan bir neçə gün öncə fevralın 20-i axşam saatlarında Tehranın Təcriş bazarının elektron və səs sisteminə haker hücumunun edildiyi, İran prezidenti “İbrahim Rəisiyə ölüm”, “cəllad və yalançı Rəisi” şüarları səsləndirilmişdi.

2022-ci ilin başlamasından bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.

 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar