SON XƏBƏRLƏR

Tehranda bayram şənliklərinə görə 21 nəfər həbs edilib

2023.03.14, 14:53
Tehranda bayram şənliklərinə görə 21 nəfər həbs edilib

Gunaz.tv

Bu barədə İran Təhlükəsizlik və Kəşfiyyat nazirliyinin yaydığı bəyanatda bildirilib.

Nazirlik saxlanılanların çərşənbə şənlikləri mərasimlərindən istifadə edərək etiraz aksiyaları təşkil etməyi planlaşdırdıqlarını iddia edib.

Bununla yanaşı Tehranın polis idarəsinin rəisi Abbasəli Məhəmmədiyan da verdiyi açıqlamada bayram mərasimi keçirməyə çalışanları təhdid edib.

O, bayram qabağı, xüsusən son çərşənbə yarım hərbi Bəsic qüvvələri və mülki geyimli məmurlar işə cəlb olunacaqlarını və qaydalara riayət etməyənlərin həbs olunacağı barədə danışıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar