SON XƏBƏRLƏR

Tehranda edama məhkum edilənlərin ailələri etiraz aksiyası keçirir-VİDEO

2022.09.12, 09:18
Tehranda edama məhkum edilənlərin ailələri etiraz aksiyası keçirir-VİDEO

Gunaz.tv

Sentyabrın 11-də keçirilən aksiyada onlarla etirazçının saxlanıldığı, onlardan 20 nəfərin azad edildiyi və başqa narazıların buraxılmadığı bildirilir.

Bu aksiya hüquq müdafiə təşkilatlarının son günlər edama hazırlıq üçün onlarla məhkumun Minab, Qohərdəşt və Kərəc zindanlarında təkadamlıq kameralara köçürülməsi barədə xəbərdarlıqlarından sonra baş tutub.

İranda İnsan Haqları Kampaniyasının verdiyi məlumata görə, son 9 ayda İranda 400 nəfərə yaxın məhkum edam edilib və edam olunanların sayı hər gün artmaqda davam edir.

İran İnsan Haqları Təşkilatının məlumatına görə, mövcud statistik məlumatlar göstərir ki, son 30 ildə dünyada uşaq edamlarının 70%-i İran İslam Respublikasında həyata keçirilib.

Qeyd edək ki, onlar 6-cı gündür aksiyalarını davam etdirirlər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar