Hadisə saat 16:00 radələrində Tehranın "Mücahidin-e İslam" məhəlləsinin Qulamiyan küçəsində öz evinin qarşısında baş verib. SEPAH zabiti şəxsi avtomobilində güllələnib.
İki motosikletçinin polkoviniki güllələyərək hadisə yerindən uzaqlaşdığı bildirilir.
5 güllə vurulan zabitin bundan öncə SEPAH-ın Suriyada yerləşən bazalarından birində qulluq etdiyi deyilir.
Əslən Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindən olan Xudayinin bundan öncə raket texnologiyasının Livanda "Hizbullah"a ötürülməsində məsul olub.
"Öldürülən polkovnik 840-cı Qüds qüvvələri bölməsinin komandir müavini olub. 840-cı Qüds Qüvvələrinin missiyası İsrail maraqlarına zərbə vurmaq və İsrail vətəndaşlarına hücum etməkdir"-deyə, İsrail mediası məlumat yayıb.
Cavidan