SON XƏBƏRLƏR

Tehranda etiraz aksiyaları keçirilib- "İnqilab davam edir"

2023.03.11, 12:14
Tehranda etiraz aksiyaları keçirilib- "İnqilab davam edir"

Gunaz.tv

Aksiyalar ilk olaraq paytaxtın Əmirabad və Kargəri Şimali məntəqələrində başlayıb və qısa müddət ərzində Sadiqiyyə, Narmək, Baqiri və başqa bölgələrə yayılıb.

Etirazçılar "uşaq qatili rejimə ölüm", "Xameneyiyə ölüm" və başqa bu kimi şüarlar səsləndiriblər.

Eyni halda paytaxtın bir neçə yerində divarlara "İnqilab davam edir" məzmunlu şüarlar yazılıb, plakatlar açılıb. 

Bəzi yerlərdə Əli Xameneyinin fotosu olan banerlər və molla rejiminin simvolları yandırılıb.

Bununla yanaşı Loristan əyalətinin mərkəzi Xurrəmabbad şəhərində də nümayişlərin keçirildiyi bildirilir.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar