SON XƏBƏRLƏR

Tehranda SEPAH qərargahında partlayış baş verib

2022.08.04, 07:46
Tehranda SEPAH qərargahında partlayış baş verib

Gunaz.tv

Hadisə SEPAH-ın Məhəmməd Rəsullullah briqadasının komandanlıq mərkəzinin "Bahünər" adına yarım hərbi Bəsic qüvvələrinin yerləşdiyi məkanda olub.

İran hökumətinə müxalif Xalq Mücahidləri Təşkilatının verdiyi məlumata görə, ardıcıl olaraq baş verən iki partlayış son vaxtlar günahsız və qondarma ittihamlarla edam edilən vətəndaşlara qarşı ədalətsizliyə cavab olaraq həyata keçirilib.

Bu son iki ayda Tehranda SEPAH və polis qüvvələrinin qərargahlarına edilən sayca altıncı hücumdur.

Hücum və partlayışın məsuliyyətini hələlik heç bir təşkilat öhdəsinə götürməsə də, bununla bağlı məlumatın Xalq Mücahidləri Təşkilatı tərəfindən yayılması hücum əməliyyatının bu təşkilat tərəfindən reallaşdırıldığı ehtimalını artırır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar